Azər Bağırov: “Çempionatın ən gənc komandasıyıq”

Arxiv fotosu; Azər Bağırov
Arxiv fotosu

Misli Premyer Liqasının XI turunda “Sabah”la səfərdə 2:2 hesablı heç-heçə edən “Şamaxı”nın baş məşqçisi Azər Bağırov, rəqibə qarşı qazanılan 1 xalı yaxşı nəticə kimi qiymətləndirib. Mütəxəssis futbolçularının meydandakı döyüşkənliyindən razı qaldığını bildirib.

Bağırov komandasının çempionatın ən gənc kollektivi olduğunu və əsasən yerli oyunçulara güvəndiklərini vurğulayıb. O, komandanın müdafiə olunmaq əvəzinə dominant oyun sərgiləməyə çalışdığını qeyd edib.

Baş məşqçi heyətdəki futbolçulara bərabər şans verməyə çalışdığını və xüsusilə hücum xəttində rotasiyalar etdiyini bildirib. O, gənc oyunçu Emin Rüstəmovun 11 matçın hamısında 90 dəqiqə meydanda olduğunu xüsusi qeyd edib.

Qış transfer pəncərəsi ilə bağlı planlarına toxunan Azər Bağırov, klub rəhbərliyi ilə müzakirələr aparacaqlarını və heyətə ən azı bir yeni oyunçu cəlb etməyi hədəflədiklərini açıqlayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6