Misli Premyer Liqasının XII turunda meydan sahibləri qələbə qazana bilməyib

Misli Premyer Liqasının XII turu cari mövsümdə ilk dəfə meydan sahiblərinin qələbəsiz başa vurduğu tur kimi qeydə alınıb.

Qonaq komandalar 6 oyunda 4 qələbə və 2 heç-heçə əldə edib. “İmişli” “Zirə” ilə 2:2, “Kəpəz” isə “Qarabağ”la 0:0 hesablı heç-heçə edib.

Digər qarşılaşmalarda “Sumqayıt” “Sabah”a 1:5, “Şəfa” “Qəbələ”yə 0:2, “Şamaxı” “Turan Tovuz”a 0:2, “Araz-Naxçıvan” isə “Neftçi”yə 1:3 hesabı ilə məğlub olub.

Meydan sahiblərinin turu qələbəsiz tamamlaması sonuncu dəfə ötən mövsümün əvvəllərində baş verib. Həmin vaxt II turun 6 oyunundan 5-də qonaqlar qalib gəlib, 1 görüşdə isə heç-heçə qeydə alınıb.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6