Ukrayna klubu “Qarabağ”ın futbolçusu ilə maraqlanır

Ukraynanın “Polissya” klubu “Qarabağ”ın 26 yaşlı vingeri Aleksey Kaşuku transfer etməyi hədəfləyir. Ruslan Rotanın rəhbərlik etdiyi Jitomir təmsilçisinin futbolçunu uzun müddətdir izlədiyi bildirilir.

Kaşuk ötən yay da “Polissya”nın maraq dairəsində olub, lakin klub həmin vaxt Leandro Andradeni seçib. Hazırda futbolçuya olan marağın yenidən aktuallaşması ehtimalı var.

Baş məşqçi Ruslan Rota daha əvvəl Ukraynanın gənclər və olimpiya yığmalarında birgə çalışdığı Kaşukun oyun keyfiyyətlərinə bələddir. Futbolçunun “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyun ayına qədər davam edir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6