Robert Prosineçki “Sabah”ın “Barselona” ilə matçdakı şanslarını dəyərləndirib

Robert Prosineçki “Sabah”ın “Barselona” ilə matçdakı şanslarını dəyərləndirib

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki “Sabah”ın UEFA Çempionlar Liqasında “Barselona”ya qarşı qələbə qazanmaq şansının çox az olduğunu bildirib.

Prosineçki “Barselona”nı turnirin əsas favoritlərindən biri adlandıraraq, təkcə “Sabah”ın deyil, digər klubların da kataloniyalılarla oyunda şansının az olduğunu qeyd edib.

Xorvatiyalı mütəxəssis “Sabah”ın heyəti və imkanları barədə ətraflı məlumata malik olmadığını, yalnız komandanın oyununa qismən baxdığını vurğulayıb.

“Sabah” və “Barselona” arasında matç noyabrın 25-də Bakı Olimpiya Stadionunda saat 21:45-də keçiriləcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6