“Neftçi”nin sabiq hücumçusu Braziliya klubu ilə anlaşıb

“Neftçi”nin sabiq legioneri Andre Şinyaşiki karyerasını Braziliyada davam etdirəcək. 29 yaşlı hücumçu Braziliyanın B Seriyasına yüksələn “Santa Kruz” klubu ilə müqavilə bağlayıb.

Ötən mövsümün sonunda Bolqarıstanın “Arda” klubundan ayrılan futbolçu bir neçə aylıq fasilədən sonra yaşıl meydanlara dönməyə hazırlaşır. O, dekabr ayında Ze Rikardonun rəhbərlik etdiyi komandanın mövsümöncəsi təlim-məşq toplanışına qoşulacaq.

Qeyd edək ki, Andre Şinyaşiki 2023-cü ilin yayından 2025-ci ilin əvvəlinə qədər “Neftçi”nin heyətində çıxış edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6