U-19 qızlardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb

Arxiv fotosu; U-19 millimiz növbəti mərhələyə yüksəlmək üçün Serbiyada qrup qalibi olmalıdır - YENİLƏNİB
Arxiv fotosu

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi noyabrın 18-də Dalğa Təlim-Məşq Mərkəzində toplanışa start verib. Hazırlıq prosesi noyabrın 23-dək davam edəcək.

Komanda bu toplanış çərçivəsində Serbiyada keçiriləcək UEFA Avropa çempionatının seçmə mərhələsinin I raund oyunlarına hazırlaşır.

Heyətə Türkiyənin “Gaziantep Safir” və Rusiyanın “Krılya Sovetov” klublarında çıxış edən oyunçular da daxil olmaqla, ümumilikdə 20 futbolçu cəlb edilib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6