Byarte Lunde Arşeym: “Sabah”la matçda qələbəyə layiq idik”

Arşeym: “Sabah”la matçda qələbəyə layiq idik”

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Vikinq” doğma meydanda “Sabah”ı 4:1 hesabı ilə məğlub edib. Norveç təmsilçisinin baş məşqçisi Byarte Lunde Arşeym bu nəticəni tarixi hadisə kimi qiymətləndirib.

Arşeym futbolçularının çıxışından qürur duyduğunu bildirərək, onların adlarını klub tarixinə qızıl hərflərlə yazdırdıqlarını qeyd edib. Baş məşqçi komandasının yaxşı oyun nümayiş etdirdiyini və qələbəyə layiq olduğunu vurğulayıb.

Turnir cədvəlində 4 turdan sonra “Vikinq” 4 xalla 22-ci, “Sabah” isə 3 xalla 31-ci pillədə qərarlaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6