Anton Krivotsyukun komandası səfərdə qələbə qazanıb

Cənubi Koreya çempionatının 36-cı turunda “Daejeon” səfərdə “Qanqvon”la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk matçın iştirak ərizəsində yer almayıb.

Krivotsyuk daha əvvəl çənə nahiyəsindəki iltihabi proses səbəbindən milli komandanın heyətindən çıxarılmışdı.

Bu qələbədən sonra xallarını 56-ya çatdıran “Daejeon” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6