Kamal Umudlunun idarə etdiyi oyunda PSJ məğlub olub

Arxiv fotosu; Kamal Umudlu
AFFA · Arxiv fotosu

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqası çərçivəsində keçirilən “Vilyarreal” - PSJ matçını idarə edib.

Görüş ispanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matç ərzində referi PSJ-nin futbolçuları Aksel Koukaba və Seydu Konateyə sarı vərəqə göstərib.

Hazırda “Vilyarreal”ın U-19 komandası 10 xalla turnir cədvəlində ikinci, PSJ isə 7 xalla səkkizinci pillədə qərarlaşıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6