Ramin Həsənov beynəlxalq futbol mükafatına namizəd göstərilib

Kontekst fotosu: futbol stadionu. Məqalədə adı çəkilən şəxsin və ya onun klubunun fotosu olduğu iddia edilmir.
PFL · Kontekst fotosu

“Sabah” futbol klubunun baş icraçı direktoru Ramin Həsənov “TransferRoom” platformasının təsis etdiyi “TransferRoom 10K Awards” mükafatının “İlin rəhbəri” nominasiyası üzrə namizədlər siyahısına daxil edilib.

Bu kateqoriyada ümumilikdə 10 namizəd mübarizə aparır. Onların arasında “Bornmut”dan Tiaqo Pinto, “Arsenal”dan Andrea Berta, “Lans”dan Jan-Lui Leka, “Komo”dan Karlalberto Ludi və “Flamenqo”dan Joze Boto kimi rəsmilər də yer alıb.

Qaliblər futbol sənayesi nümayəndələrinin səsverməsi ilə müəyyənləşəcək. Ümumilikdə beş nominasiya üzrə təqdim olunacaq mükafatların sahibləri bu gün Portuqaliyanın Estoril şəhərində keçiriləcək mərasimdə bəlli olacaq.

Tədbirin Bakı vaxtı ilə saat 22:30-23:00 aralığında baş tutması nəzərdə tutulub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6