Toral Bayramovun ehtiyatda qaldığı oyunda “Bursaspor” qələbə qazanıb

Arxiv fotosu; Toral Bayramov
Arxiv fotosu

Türkiyə 1-ci liqasının 15-ci turunda “Bursaspor” öz meydanında “Sivasspor”la qarşılaşıb.

Matç “Bursaspor”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin üzvü Toral Bayramov görüşü ehtiyat oyunçular skamyasından izləyib, “Sivasspor”un heyətində olan Mert Çelik isə matçı tam keçirib.

Hazırda 35 xalı olan “Bursaspor” turnir cədvəlinə liderlik edir, 13 xalı olan “Sivasspor” isə 18-ci pillədə yer alır.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6