“İmişli” Ervins Perkonsla davam edəcək

Arxiv fotosu; Ervins Perkons
Arxiv fotosu

“İmişli” klubunun baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Ervins Perkonsa tapşırılıb. Latviyalı mütəxəssisin rəhbərliyi altında komanda 4 matçda 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət qeydə alıb.

Klub rəhbərliyi Perkonsa azı qış fasiləsinə qədər şans verməyi planlaşdırır. Nəticələr stabil qalarsa, o, mövsümün sonuna kimi komandanı çalışdıracaq.

Hazırda “İmişli” Premyer Liqada 11 turdan sonra 11 xalla 8-ci pillədə qərarlaşıb. Perkons daha əvvəl Latviyada “Elqava” və “Super Nova” klublarını yüksək liqaya çıxarıb, həmçinin Polşa, Norveç və Avstriyada təcrübə keçib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6