Reda Xadra ilk dəfə Livan millisinə dəvət olunub

Arxiv fotosu; Reda Xadra
Qarabağ FK · Arxiv fotosu

“Qarabağ”ın yarımmüdafiəçisi Reda Xadra Livan milli komandasının baş məşqçisi Məcid Buqerra tərəfindən ilk dəfə yığmaya çağırılıb. 25 yaşlı futbolçu noyabrda İraqda keçiriləcək dörd komandalı beynəlxalq turnirdə iştirak edəcək heyətə daxil edilib.

Məcid Buqerra Xadranın Livanı təmsil etməyə böyük həvəs göstərdiyini bildirib və onun səviyyəsi ilə yanaşı, ölkə formasını geyinmək istəyinin vacib olduğunu vurğulayıb. Bu dəvət məşqçilər korpusunun xaricdə çıxış edən livanəsilli oyunçuları cəlb etmək strategiyası çərçivəsində həyata keçirilib.

Livan millisi turnir çərçivəsində ilk oyununu noyabrın 13-də İraqa qarşı keçirəcək. Turnirin final və üçüncü yer uğrunda görüşləri noyabrın 17-nə planlaşdırılıb.

Avqustun 27-də “Qarabağ”a transfer olunan Reda Xadra Ağdam klubunun heyətində indiyədək 4 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6