AFFA “Səbail”ə maliyyə yardımını dayandırıb

AFFA I Liqada çıxış edən “Səbail” klubuna ayırdığı aylıq 30 min manatlıq maliyyə yardımını dayandırıb. Federasiya bu qərarı klubun rəhbərliyi ilə bağlı daxil olan şikayətlərin araşdırılması nəticəsində verib.

Qurumun araşdırmasına görə, klub prezidenti Mirzə Bayrampur müqavilə öhdəliklərini yerinə yetirmir və nəticədə klub böyük miqdarda borclanır. Həmçinin, klub rəhbərliyinin əvvəlki aylarda aldığı vəsaitləri təyinatı üzrə xərcləməyərək nağdlaşdırdığı və başqa sahələrə yönəltdiyi müəyyən edilib.

Hazırda “Səbail”də otel, qida və geyim kimi sahələr üzrə öhdəliklər icra olunmur, klubun ofisinin qapısına isə qıfıl vurulub. Bundan əlavə, Mirzə Bayrampurun ölkədən çıxışına məhdudiyyət qoyulub və onun adına olan “Lincoln” markalı avtomobilin üzərinə həbs qoyulub.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6