“Qarabağ” 15 mövsümdən sonra ilk dəfə qolsuzluq seriyası ilə üzləşib

Arxiv fotosu; “Azersun Arena”da 1 qol
Qarabağ FK · Arxiv fotosu

“Qarabağ” Azərbaycan Premyer Liqasında ardıcıl üç oyundur qol vura bilmir. Ağdam klubu “Sabah” və “Qəbələ” ilə qolsuz heç-heçə etdikdən sonra XI turda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda son 15 mövsümdə ilk dəfə belə seriya ilə üzləşib. Komanda sonuncu dəfə 2011/12 mövsümündə ardıcıl üç qarşılaşmada rəqib qapısına yol tapa bilməmişdi.

“Qarabağ”ın çempionatdakı ən uzun qolsuz seriyası 4 matçdan ibarətdir və bu antirekord tarixdə iki dəfə qeydə alınıb. Növbəti oyunda da qol vurulmasa, komanda bu antirekordu təkrarlayacaq.

Bundan əlavə, “Qarabağ” ardıcıl 4 oyunda qələbə qazana bilməyib ki, bu da son 11 mövsümdə ilk haldır. Ağdam təmsilçisi sonuncu dəfə belə seriyanı 2015/16 mövsümündə yaşamışdı.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6