Toral Bayramovun avtoqolu “Bursaspor”un xal itkisinə səbəb olub

Toral Bayramovun avtoqolu "Bursaspor"a baha başa gəldi

Türkiyə 1-ci Liqasında 14-cü turun oyunları çərçivəsində “Bursaspor” səfərdə “Antalyaspor”la qarşılaşıb.

Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Bursaspor”un heyətində çıxış edən azərbaycanlı müdafiəçi Toral Bayramov matça start heyətdə başlayıb və 45+6-cı dəqiqədə avtoqola imza atıb.

25 yaşlı futbolçu 79-cu dəqiqədə Barış Göklə əvəzlənərək meydanı tərk edib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6