“Barselona”nın “Sabah”la oyun üçün heyəti bəllidi

Arxiv fotosu; “Sabah”dan Çempionlar Liqasında tarixi qələbə!
Sabah FK · Arxiv fotosu

“Barselona” Çempionlar Liqasının V turunda “Sabah”la keçiriləcək oyun üçün heyətini açıqlayıb. Baş məşqçi Hansi Flik Bakıya 22 futbolçu ilə gələcək.

Heyətdə qapıçılar Voyçex Şensnı, Dominik Livakoviç və Xoan Qarsiya yer alıb. Müdafiə xəttində Joao Kanselo, Balde, Pau Kubarsi, Jerar Martin, Jul Kunde, Erik Qarsiya və Kamposun xidmətindən istifadə olunacaq.

Yarımmüdafiəçilər sırasında Brian Farinas, Qavi, Fermin, Pedri, Olmo, De Yonq və Bernal var. Hücum xəttində isə Qabriel Jesus, Rafinya, Adeyemi, Qordon və Bisivu yer alıb.

Noyabrın 25-də baş tutacaq “Sabah” – “Barselona” qarşılaşması saat 21:45-də başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6