“Qarabağ”ın 15 futbolçusu milli komandalara dəvət olunub

Kontekst fotosu: Qarabağ klubunun arxiv görüntüsü; dəvət edilən bütün futbolçuların bu kadrda olduğu iddia edilmir.
Qarabağ FK · Kontekst fotosu

“Qarabağ” klubunun 15 futbolçusu noyabr ayında keçiriləcək oyunlar üçün müxtəlif milli komandalara çağırılıb. Ağdam təmsilçisinin 7 legioneri öz ölkələrinin əsas yığmalarında yer alıb.

Marko Yankoviç (Monteneqro), Bense Varkonyi (Macarıstan), Martin Zlomisliç (Bosniya və Herseqovina), Renaldo Sefas (Yamayka), Bruno Lanqa (Mozambik), Aleksey Kaşuk (Ukrayna) və Reda Xadra (Livan) millilərinə dəvət alıblar. Aleksey Kaşuk karyerasında ilk dəfə Ukraynanın əsas yığmasına çağırılıb.

Azərbaycanın əsas milli komandasına Bədavi Hüseynov, Musa Qurbanlı və Şahrudin Məhəmmədəliyev dəvət edilib. Bundan əlavə, Teymur Həsənov U-21, Hikmət Cəbrayılzadə, Əli Bəşirov, Rəşad Alışov və Uğur Qurbanlı isə U-20 millisinin heyətinə cəlb olunublar.

Azərbaycan millisi noyabrın 11-də UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteynlə, noyabrın 16-da isə Andorra ilə yoldaşlıq görüşündə qarşılaşacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6