“Neftçi” veteran futbolçuları yubileyləri münasibətilə təbrik edib

“Neftçi” veteran futbolçuları yubileyləri münasibətilə təbrik edib

“Neftçi”nin veteran futbolçuları Tərlan Əhmədov və Kamal Quliyev “Palms Sports” Futbol Mərkəzində klub rəsmiləri ilə görüşüblər. Klubun baş icraçı direktoru Cenk Sümer və digər rəsmilər 55 illik yubileyi olan Əhmədova və 50 illik yubileyi olan Quliyevə xatirə hədiyyələri təqdim ediblər.

Tərlan Əhmədov “Neftçi”də 121 oyunda 6 qol vurub, 1999-cu ildə Azərbaycan Kubokunu qazanıb və ilin futbolçusu seçilib. SSRİ-nin yeniyetmələrdən ibarət yığması ilə Avropa çempionu olan müdafiəçi milli komandada 75 oyun keçirib.

Kamal Quliyev 1997-2002-ci illərdə “Neftçi”nin heyətində 142 matçda 24 qol vurub və 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub. O, milli komandanın heyətində 47 oyuna çıxıb.

Hər iki veteran 2011-2014-cü illərdə Böyükağa Hacıyevin köməkçisi kimi “Neftçi” ilə iki dəfə çempionluq və iki dəfə ölkə kubokunu qazanıb, həmçinin UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəliblər. Əhmədov 2017/18 mövsümündə isə komandanın baş məşqçisi kimi bürünc medal qazanıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6