Lənkəranda qızlar arasında ilk dəfə futbol liqası keçirilir

Lənkəranda ilk dəfə qızlar arasında futbol liqasına start verilib - FOTO

Azərbaycan futbolunda ilk dəfə olaraq Lənkəranda 12 yaşadək qızlardan ibarət komandalar arasında AFFA U-12 Qızlar Liqasına start verilib. Yarışın açılış mərasimi Lənkəran Olimpiya İdman Kompleksində baş tutub.

Tədbirdə AFFA-nın rəsmiləri, milli komandanın baş məşqçisi və futbolçuları iştirak ediblər. Səkkiz komandanın mübarizə aparacağı liqada iştirakçıların əksəriyyəti daha əvvəl müxtəlif qızlar turnirlərində çıxış etmiş oyunçulardan təşkil olunub.

Liqanın təşkilində əsas məqsəd Lənkəran və ətraf bölgələrdə qızlar arasında futbolun inkişafına dəstək vermək, marağı artırmaq və yeni istedadları aşkar etməkdir.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6