Əvəzedicilər Liqası: “Neftçi” və “Sabah” heç-heçə oynayıb

Əvəzedici komandamız sonuncu dəqiqədə məğlubiyyətdən qurtuldu
Neftçi PFK

Əvəzedicilər Liqasının 7-ci turunda “Neftçi” və “Sabah” komandaları “Palms Sports” Futbol Mərkəzində qarşılaşıblar. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

“Neftçi”nin heyətində Adama Diarra 9-cu və 85-ci dəqiqələrdə, Məhəmməd Məmmədli isə 90+4-cü dəqiqədə fərqlənib. “Sabah”ın qollarını isə İlkin Cəfərli (29-cu dəqiqə), Ramil Nuraxmedov (60-cı dəqiqə) və Emin Feyzullayev (67-ci dəqiqə) vurublar.

7 turdan sonra 9 xalı olan “Neftçi” turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6