Qazaxıstanın “Akas” klubu “Qarabağ”ın düşərgəsində olub

Arxiv fotosu; “Qarabağ”dan səfər qələbəsi
Qarabağ FK · Arxiv fotosu

Qazaxıstanın “Akas” klubu “Qarabağ”ın qonağı olub. Komandanın mətbuat xidmətinin məlumatına görə, qonaqlar “Qarabağ”da məşq prosesinin təşkili, klubdaxili fəaliyyətlər, oyunçuların hazırlanması və infrastrukturla bağlı məsələləri izləyiblər.

“Akas”ın məşqçilər heyəti “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüş keçirib.

Bundan əvvəl “Akas”ın U-19 komandası “Qarabağ”ın müvafiq yaş qrupu ilə yoldaşlıq görüşündə 3:0 hesablı qələbə qazanıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6