“Qarabağ”ın cari mövsümdəki oyun keyfiyyəti və nəticələri müzakirə mövzusuna çevrilib

Arxiv fotosu; “Azersun Arena”da 1 qol
Qarabağ FK · Arxiv fotosu

Azərbaycan futbolunun dominant komandası hesab olunan “Qarabağ” cari mövsümdə əvvəlki illərdən fərqli mənzərə nümayiş etdirir. Ağdam təmsilçisi çempionluq mübarizəsini davam etdirsə də, komandanın oyun keyfiyyəti, hücum effektivliyi və heyət balansı ciddi müzakirə olunur.

Komanda əvvəlki mövsümlərdəki oyun üstünlüyünü itirib, topa nəzarət etməkdə və rəqib müdafiəsini təzyiq altında saxlamaqda çətinlik çəkir. “Qarabağ”ın ilk altılıqdakı rəqibləri ilə keçirdiyi 4 oyunda qələbə qazana bilməməsi, 3 heç-heçə və 1 məğlubiyyətlə nəticələnib.

“Neftçi” ilə 3:3, “Zirə” ilə 1:1 hesablı heç-heçələr, “Sabah”la 0:0-lıq bərabərlik və “Turan Tovuz”a 0:1 hesablı məğlubiyyət komandanın hücum və müdafiə xəttindəki problemlərini üzə çıxarıb. “Qarabağ” ardıcıl üç çempionat oyununda qol vura bilməyib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6