“Qarabağ”ın futbolçusu çəki probleminə görə cərimələnib

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo məşqçilər korpusunun tələbini yerinə yetirmədiyi üçün 10 min dollar məbləğində cərimələnib.

Braziliyalı futbolçudan çəkisini aşağı salması tələb olunsa da, o, verilən tapşırığın öhdəsindən gələ bilməyib.

2025-ci ildən “Qarabağ”da çıxış edən 25 yaşlı oyunçu ilə bu ilin iyununda 2029-cu ilin yayına qədər qüvvədə olacaq yeni 3 illik müqavilə imzalanıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6