Üç azərbaycanlı futbolçu İspaniyanın “Kádiz” klubunun akademiyasında qiymətləndirmə proqramına qatılıb

Üç azərbaycanlı futbolçu İspaniyanın “Kádiz” klubunun akademiyasında qiymətləndirmə proqramına qatılıb

European Football Academy-nin yetirmələri İlyas Səmədzadə, Raul Əsgərov və Şahin Qasımzadə İspaniyanın “Kádiz” klubunun akademiyasında təşkil olunan qiymətləndirmə proqramında iştirak edirlər.

Noyabrın 20-dək davam edəcək “HPT Assessment Programme” çərçivəsində gənc futbolçular “El Madruqador” kampusunda məskunlaşaraq məşq proseslərinə qatılacaq və müxtəlif qiymətləndirmə mərhələlərindən keçəcəklər.

Proqramın məqsədi oyunçuların potensialını, texniki və fiziki göstəricilərini qiymətləndirmək, həmçinin onları Avropa futbolunun hazırlıq metodologiyası ilə tanış etməkdir.

Səfər futbolçular üçün beynəlxalq təcrübə qazanmaq və gələcək karyeraları üçün yeni imkanlar yaratmaq baxımından fürsət hesab olunur. Bununla belə, proqramda iştirak “Kádiz” akademiyasına qəbul və ya müqavilə təminatı demək deyil.

Göstərilən performansa əsasən, futbolçuların gələcəkdə əlavə baxış mərhələlərinə dəvət olunması və uzunmüddətli inkişaf imkanlarının nəzərdən keçirilməsi mümkündür.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6