“Sabah” azarkeşlərlə görüş keçirəcək

Arxiv fotosu; Valdas Damrbrauskas "Orhus"la oyunu şərh etdi
Sabah FK · Arxiv fotosu

“Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas və komandanın üç futbolçusu azarkeşlərlə görüşəcək.

Tədbir noyabrın 21-də saat 15:00-da klubun İçərişəhərdəki fan-mağazasında baş tutacaq. Görüşdə Valdas Dambrauskasla bərabər, Akim Zedadka, Aleksey İsayev və Timoteuş Puxaç iştirak edəcəklər.

Azarkeşlər futbolçulardan avtoqraf ala və onlarla ünsiyyət qura biləcəklər. Tədbirdə əyləncəli oyunlar keçiriləcək və hədiyyələr təqdim olunacaq.

İştirakçıların “Sabah” – “Barselona” matçına bilet qazanmaq şansı da var.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6