“Vikinq” “Sabah”la matç öncəsi ciddi kadr itkiləri ilə üzləşib

Arxiv fotosu; Valdas Damrbrauskas "Orhus"la oyunu şərh etdi
Sabah FK · Arxiv fotosu

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turundakı rəqibi “Vikinq” ciddi kadr problemləri ilə üzləşib. Hücumçular Veton Berişa və Nik D’Aqostino, eləcə də müdafiəçilər Martin Ove Roset və Anders Baertelsen zədə səbəbindən “Sabah”la qarşılaşmanı buraxacaqlar.

Yarımmüdafiəçi Kelvin Frimponq isə UEFA-ya təqdim olunan iştirak ərizəsinə daxil edilmədiyi üçün matçda meydana çıxa bilməyəcək. Bu itkilər fonunda baş məşqçi Morten Yensenin seçim imkanları məhdudlaşıb. “Vikinq” – “Sabah” qarşılaşması noyabrın 5-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6