Azərbaycanın U-15 millisi Cəbəllütariqə 5:1 hesabı ilə qalib gəlib

Azərbaycan millisi Cəbəllütariq üzərində inamlı qələbə qazandı
AFFA

Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında Azərbaycanın U-15 millisi növbəti oyununu keçirib. Oktyabrın 28-də Hövsan Yarış Kompleksində baş tutan qarşılaşmada komanda Cəbəllütariq yığmasını 5:1 hesabı ilə məğlub edib.

Azərbaycan millisinin heyətində Murad Məmmədzadə dubla imza atıb, Qafar Babayev, Müşfiq Zamanov və Yusif Əlizadə isə hərəyə bir qol vurublar. Oyunu AFFA-nın prezidenti Rövşən Nəcəf və qurumun digər rəhbər şəxsləri izləyiblər. Qarşılaşmadan sonra AFFA rəhbərliyi komanda üzvlərini qələbə münasibətilə təbrik edib.

Famil Xəlilovun rəhbərlik etdiyi komanda C Divizionunda (81-96-cı yerlər uğrunda) mübarizə aparır. Millimiz bu gün keçirdiyi digər matçda Çili yığmasına 1:3 hesabı ilə məğlub olub. Komanda qrup mərhələsini 3-cü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanmışdı.

Azərbaycan millisi turnirdə növbəti oyununu oktyabrın 29-da saat 11:30-da Hövsan Yarış Kompleksində Mozambik yığmasına qarşı keçirəcək.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6