Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Arxiv fotosu; İlham Əliyev
AFFA · Arxiv fotosu

Noyabrın 7-də Prezident İlham Əliyev Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadiondakı şərait barədə məlumat verib.

1956-cı ildə istifadəyə verilən stadion 2023-cü ildə Xankəndi şəhəri erməni işğalından azad edildikdən sonra yenidən qurulub. Obyekt UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılıb və ərazisi 3,39 hektara çatdırılıb.

Stadion 8554 tamaşaçı tutumuna malikdir; bura 8214 standart, 251 xüsusi qonaq, 59 media və 30 fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulan yerlər daxildir. Meydançada süni ot örtüyü döşənib və ətrafında atletika zonası yaradılıb.

İdman qurğusunda futbolçular, hakimlər, məşqçilər və media üçün müvafiq otaqlar, konfrans zalı və tibb məntəqəsi fəaliyyət göstərir.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6