Mahir Emreli: “Lixtenşteynə qalib gələ bilməsək, digər nəticələrin önəmi qalmayacaq”

Arxiv fotosu; Mahir Emreli
Arxiv fotosu

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Millətlər Liqası çərçivəsində Lixtenşteynə qarşı keçirəcəkləri səfər matçının komanda üçün ən vacib oyun olduğunu bildirib.

Emreli qeyd edib ki, Lixtenşteynlə görüşdə qələbə qazana bilməsələr, əldə olunan digər nəticələrin heç bir əhəmiyyəti olmayacaq.

Forvard meydana qələbə üçün çıxacaqlarını və Bakıdakı matçdan fərqli olaraq, bu dəfə yaradılan fürsətləri dəyərləndirməyi hədəflədiklərini vurğulayıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6