Aleks Baena ilə “Arsenal” maraqlanır

Aleks Baena ilə "Arsenal" maraqlanır

İspaniya millisinin və “Atletiko”nun yarımmüdafiəçisi Aleks Baena karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. “Arsenal” 25 yaşlı futbolçunun xidmətində maraqlıdır və onun çıxışını yaxından izləyir.

Futbolçu ötən ilin yayından “Atletiko”da çıxış edir və Madrid klubu ilə müqaviləsi 2030-cu ilin iyununa qədər nəzərdə tutulub. “Transfermarkt” yarımmüdafiəçinin bazar dəyərini 45 milyon avro qiymətləndirir.

“Arsenal” UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda yanvarın 27-də “Sabah”ı qəbul edəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6