Azərbaycan 2-ci liqasında 11-ci turun oyun cədvəli açıqlanıb

Azərbaycan 2-ci liqasında 11-ci turun oyun cədvəli açıqlanıb

Azərbaycan 2-ci liqasında 11-ci turun oyun cədvəli müəyyənləşib. Peşəkar Futbol Liqasının məlumatına görə, üç gün davam edəcək turun qarşılaşmaları müxtəlif saatlarda start götürəcək.

Noyabrın 15-də “Ağstafa Gəncləri” “Difai” ilə, “Marafon” isə “Şəki” ilə saat 14:30-da qarşılaşacaq.

Noyabrın 16-da saat 14:00-da “Zəngəzur” - “Hypers”, “Ağdaş” - “Şirvan” və “Kür-Araz” - “Qaradağ Lökbatan” oyunları keçiriləcək.

Turun sonuncu oyunu noyabrın 17-də saat 14:00-da “Dinamo” və “Şəmkir” komandaları arasında baş tutacaq.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6