“Zəngəzur”un UEFA Regionlar Kubokundakı heyəti ilə bağlı suallar yaranıb

Region Liqasının qalibi kimi 2-ci liqaya yüksələn və UEFA Regionlar Kubokunda iştirak edən “Zəngəzur” turnirdəki heyəti ilə diqqət çəkib. Klubun Türkiyədə keçirilən oyunlarda meydana çıxardığı futbolçuların və baş məşqçinin 2-ci liqadakı heyətdən fərqli olduğu müəyyən edilib.

“Zəngəzur” UEFA Regionlar Kubokunda iştirakını əsas gətirərək 2-ci liqanın 12-ci turunda “Dinamo” ilə keçirilməli olan oyunun təxirə salınmasını xahiş edib və PFL buna razılıq verib.

PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev bildirib ki, yarışın əsasnaməsinə görə komandanın təxirəsalma ilə bağlı müraciət etmək hüququ var. Abdullayev bəzi futbolçuların turnirdə iştirak etməməsi barədə məlumatlı olduqlarını, lakin klubun təkcə futbolçulardan ibarət olmadığını qeyd edib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6