“Barselona”nın “Sabah”la oyun üçün heyəti açıqlanıb

Arxiv fotosu; “Sabah”da yeni futbolçu – Xoş gəldin, Du Keyros!
Sabah FK · Arxiv fotosu

UEFA Çempionlar Liqasının 5-ci turunda “Sabah”ın qonağı olacaq “Barselona” Bakı səfəri üçün heyətini müəyyənləşdirib.

Heyətdə qapıçılar Joan Qarsiya, Voyçex Şensnı və Dominik Livakoviç yer alıb. Müdafiə xəttində Joao Kanselo, Alexandro Balde, Pau Kubarsi, Jerard Martin, Jül Kunde, Erik Qarsiya və Aleks Kampos, yarımmüdafiədə isə Brian Farinas, Qavi, Fermin Lopes, Pedri, Dani Olmo, Frenki de Yonq və Mark Bernalın yer alması bəllidi.

Hücum xəttində Qabriel Jezus, Rafinya, Karim Adeyemi, Entoni Qordon və Cessi Bisivu yer alıb. Lamin Yamal isə narahatlığı səbəbindən oyunu buraxacaq.

“Sabah” – “Barselona” matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda saat 21:45-də başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6