Azərbaycanın qadın futbol millisinin UEFA Millətlər Liqasındakı oyun təqvimi açıqlanıb

Qadın futbol millimizin UEFA Millətlər Liqasındakı oyunlarının təqvimi məlum oldu

AFFA-nın məlumatına əsasən, Siyasət Əsgərovun rəhbərlik etdiyi Azərbaycanın qadın futbol millisinin 2027-ci il UEFA Millətlər Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

C Liqasının ikinci qrupunda yer alan millimiz Latviya, Gürcüstan və Lixtenşteyn yığmaları ilə mübarizə aparacaq. Komanda ilk oyununu martın 2-də evdə Lixtenşteynə qarşı keçirəcək.

Yığma martın 6-da Gürcüstanla səfərdə, aprelin 20-də isə Latviya ilə səfərdə qarşılaşacaq. Aprelin 24-də Gürcüstanı qəbul edəcək komanda, iyunun 11-də Latviya ilə evdə, iyunun 15-də isə səfərdə Lixtenşteynlə üz-üzə gələcək.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6