“Sabah” azarkeşləri üçün imza günü təşkil edib

Arxiv fotosu; “Sabah”da yeni futbolçu – Xoş gəldin, Du Keyros!
Sabah FK · Arxiv fotosu

Noyabrın 21-də “Sabah”ın İçərişəhərdəki fan-mağazasında baş məşqçi Valdas Dambrauskas, futbolçular Akim Zedadka, Aleksey İsayev və Timoteuş Puxaçın iştirakı ilə imza günü keçirilib.

Tədbirdə azarkeşlər komanda üzvləri ilə ünsiyyət qurub, avtoqraf alıb və müxtəlif əyləncəli oyunlarda iştirak ediblər. Həmçinin iştirakçılara noyabrın 25-də baş tutacaq “Sabah” – “Barselona” matçına bilet qazanmaq şansı təqdim olunub.

Klubun mətbuat katibi Elnur Həmidov görüşə marağın gözləniləndən böyük olduğunu bildirib. O, tədbirin qrafik üzrə keçirildiyini və çox sayda azarkeşə fürsət yaratmaq üçün vaxta riayət olunduğunu qeyd edib.

Elnur Həmidov gələcəkdə də oxşar görüşlərin təşkil olunacağını və bu dəfə iştirak edə bilməyən azarkeşlərin növbəti tədbirlərdə fürsət qazanacaqlarını vurğulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6