Yuri Vernidub İqor Ribeyrodan narazıdır

Arxiv fotosu; Yuri Vernidub
Neftçi PFK · Arxiv fotosu

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub braziliyalı müdafiəçi İqor Ribeyrodan inciyib. Buna səbəb futbolçunun “Turan Tovuz”la oyunda qırmızı vərəqə alaraq komandanı azlıqda qoymasıdır.

İntizam Komitəsinin 2 oyunluq cəzalandırdığı Ribeyro baş məşqçi ilə görüşməyə cəhd etsə də, Vernidub onunla danışmaqdan imtina edib. Baş məşqçi həmçinin futbolçunu 10 min dollar cərimələyib.

Vernidubun İqor Ribeyroya əsas heyətdə yer verməyi düşünmədiyi bildirilir. Baş məşqçi mərkəz müdafiəçisi mövqeyinə yeni legioner transfer edilməsini rəhbərlikdən istəyib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6