Munis Abdullayev Xankəndidə futbol oyununun təşkilini qürurverici adlandırıb

Peşəkar Futbol Liqasının dəvəti ilə Xankəndiyə səfər edən veteran futbolçu Munis Abdullayev “Xankəndi” və “Karvan-Yevlax” komandaları arasında keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Abdullayev Xankəndidə belə bir stadionun mövcudluğunu və orada futbol matçının təşkil olunmasını qürurverici hesab edir. O, dəvətə görə PFL rəhbərliyinə təşəkkürünü bildirib.

Veteran futbolçu Xankəndi ilə bağlı xoş xatirələrinin olduğunu qeyd edib. O, vaxtilə bu stadionda oynadığını, qollar vurduğunu və gəncliyinin bu şəhərdə keçdiyini vurğulayıb.

Abdullayev Xankəndini futbol ənənələri olan gözəl şəhər kimi xarakterizə edib və burada keçmişdə gərgin oyunlar oynadıqlarını xatırladıb.

O, karyerası ilə bağlı bildirib ki, komandaya gəldiyi vaxt “Neftçi”nin əvəzedici heyətində çıxış edib və “Qarabağ”ın heyətində oynayan sonuncu azərbaycanlı futbolçu olub.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6