Qara Qarayev məktəblilərlə görüşüb

AFFA-nın “Yaşıl Top” sosial layihəsi çərçivəsində Bakıdakı 36 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.

Görüşdə layihənin səfiri, Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayev, məktəb rəhbərliyi və müxtəlif qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə şagirdlərə ekoloji məsuliyyət və sağlam həyat tərzi barədə məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb.

Qara Qarayev məktəbə imzalı futbol topu hədiyyə edib, şagirdlərə imzalı fotolar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Tədbir iştirakçıları məktəbin həyətində ağacəkmə aksiyasına qoşulublar.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6