AFFA Emin Mahmudova xatirə hədiyyəsi təqdim edəcək

Arxiv fotosu; Emin Mahmudov
AFFA · Arxiv fotosu

Emin Mahmudov sabah Andorra ilə keçiriləcək yoldaşlıq oyunundan sonra milli komandadakı 10 illik karyerasını başa vuracaq.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Aida Əliyevanın məlumatına görə, federasiya futbolçuya 65 nömrəli milli forma hədiyyə edəcək. Bu nömrə Emin Mahmudovun yığmada keçirdiyi oyun sayını əks etdirir.

Federasiya rəsmisi azarkeşlərin futbolçu üçün hər hansı sürpriz hazırlayıb-hazırlamadığı barədə məlumatın olmadığını bildirib.

Emin Mahmudov 16 qolla milli komanda tarixinin ən çox qol vuran oyunçusudu.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6