Elvin Yunuszadə “Boluspor”un qələbə qazandığı matçı ehtiyat oyunçular skamyasından izləyib

Arxiv fotosu; Elvin Yunuszadə
Arxiv fotosu

Türkiyə Birinci Liqasının 13-cü turunda “Boluspor” səfərdə “Sivasspor”la qarşılaşıb. Görüş Bolu təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, komandanın cari mövsümdə qazandığı ilk qələbə olub.

Azərbaycan millisinin sabiq mərkəz müdafiəçisi Elvin Yunuszadə matçın iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib. Yunuszadə cari mövsümdə “Boluspor”un heyətində ümumilikdə 4 matçda iştirak edib.

“Boluspor” cari mövsümdə keçirdiyi 12 oyunda 1 qələbə, 1 heç-heçə və 10 məğlubiyyət qeydə alıb. Hazırda 4 xalı olan komanda 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

VİDEO

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6