“Sabah”ın müdafiəçisi Timoteuş Puxaçın feyr-pley qaydasına əməl etməməsi qalmaqala səbəb olub

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaçın feyr-pley qaydasına əməl etməməsi qalmaqala səbəb olub

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Vikinq”lə matçda feyr-pley qaydasına əməl etməyib. Norveç klubu oyunçularının zədələnməsi səbəbindən topu auta çıxarsa da, Puxaç topu rəqibə qaytarmayıb.

Futbolçunun bu davranışı norveçli azarkeşlərin narazılığına səbəb olub və onlar matçın qalan hissəsində Puxaçı fitə basıblar. Norveç mətbuatı da oyunçunu tənqid etməkdə davam edir.

Puxaç matçdan sonra verdiyi açıqlamada hərəkətini qəsdən etdiyini təsdiqləyib. O, üzr istəməyəcəyini və onu yalnız komandasının qələbəsinin maraqlandırdığını bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6