PFL-dən azarkeşə maraqlı jest

Arxiv fotosu; 1000-ci oyunda böyükhesablı səfər qələbəsi
Neftçi PFK · Arxiv fotosu

Peşəkar Futbol Liqası (PFL) sosial şəbəkədə “Kəpəz”in keçmiş oyununu xatırlayan azarkeş Elşən Hüseynova cavab olaraq maraqlı addım atıb. Qurum azarkeşi noyabrın 6-da keçirilən “Neftçi” – “Kəpəz” matçına dəvət edib.

İşlə əlaqədar Bakıya gələ bilməyən azarkeş, oyunu oğlunun izləyəcəyini bildirib. PFL nümayəndələri stadionda azarkeşin oğlunu taparaq şəklini çəkib və rəsmi hesablarında paylaşaraq onu növbəti oyunlara dəvət ediblər.

Qeyd edək ki, noyabrın 6-da baş tutan qarşılaşma “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6