“Sabah” Çempionlar Liqasında Avropa nəhənglərini utandıran klublar sırasında göstərilib

Arxiv fotosu; “Sabah”da yeni futbolçu – Xoş gəldin, Du Keyros!
Sabah FK · Arxiv fotosu

Çempionlar Liqasının liqa mərhələsində ilk 4 turun nəticələrinə əsasən, “Sabah” klubu gözləniləndən daha yaxşı oyun sərgiləyən komandalar arasında yer alıb. Xarici mətbuatda “Avropa nəhənglərini utandıran kiçik balıqlar” adlandırılan klubun 3 xal toplaması mütəxəssislər üçün sürpriz olub.

Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda 4 qol vurub və 10 qol buraxıb. Bu göstərici ilə “Sabah” “Liverpul”, “Vikinq” və “Lill” ilə eyni səviyyədədir, həmçinin “Slovan”, “Lans”, “Vilyarreal”, “Fənərbağça”, “Napoli”, AEK, “Leypsiq” və “Feyenoord” kimi 8 klubu qabaqlayır.

Hazırda 3 xalla 36 komanda arasında 31-ci pillədə qərarlaşan “Sabah” 5-ci turda noyabrın 25-də “Barselona”nı qəbul edəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6