Rəşad Eyyubov Omanla yoxlama oyunlarını dəyərləndirib

Rəşad Eyyubov Omanla yoxlama oyunlarını dəyərləndirib

Azərbaycanın U-21 millisinin baş məşqçisi Rəşad Eyyubov Omanın U-23 komandası ilə keçirilən iki yoxlama matçından sonra açıqlama verib. Baş məşqçi bildirib ki, əsas məqsəd oyun fəlsəfəsi ilə futbolçuların potensialı arasında balansı tapmaq olub.

Rəşad Eyyubov 4:2 hesablı qələbəni şərh edərkən nəticədən çox meydanda göstərilən futbolun vacib olduğunu vurğulayıb. O, hər iki görüşdə hücum futbolu nümayiş etdirərək qələbə qazanmağın sevindirici hal olduğunu qeyd edib.

Millimiz Omanın U-23 komandasına qarşı keçirilən ilk yoxlama matçında 2:1 hesablı qələbə qazanmışdı. Baş məşqçi bundan sonra futbolçuların klublarındakı çıxışlarını və inkişafını izləməyə davam edəcəklərini bildirib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6