Azərbaycan 2-ci liqasında 12-ci və 13-cü turun oyun cədvəli açıqlanıb

Azərbaycan 2-ci liqasında 12-ci və 13-cü turun oyun cədvəli açıqlanıb

Azərbaycan 2-ci liqasında 12-ci və 13-cü turun oyunlarının başlama saatları müəyyənləşib.

12-ci tur çərçivəsində 22 noyabrda “Şəki” - “Kür-Araz”, “Ağstafa Gəncləri” - “Hypers” və “Şirvan” - “Qaradağ Lökbatan” oyunları keçiriləcək. 23 noyabrda isə “Şəmkir” - “Ağdaş” və “Difai” - “Marafon” qarşılaşmaları baş tutacaq.

“Zəngəzur” klubunun UEFA Region Kubokunda iştirakı səbəbindən 12-ci turun “Zəngəzur” - “Dinamo” oyunu təxirə salınıb.

Peşəkar Futbol Liqası “Şəki” - “Kür-Araz” matçının keçiriləcəyi Şəki şəhər stadionuna baxış keçirəcək. Uyğunsuzluq aşkar edilərsə, oyun Zaqatala OİK stadionuna köçürüləcək.

13-cü turda 28 noyabrda “Hypers” - “Şirvan”, 29 noyabrda “Kür-Araz” - “Şəmkir”, “Qaradağ Lökbatan” - “Şəki” və “Marafon” - “Zəngəzur” oyunları oynanılacaq. 30 noyabrda isə “Dinamo” - “Ağstafa Gəncləri” və “Ağdaş” - “Difai” matçları baş tutacaq.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6