Azərbaycan I Liqasında “Gəncəbasar” liderliyə yüksəlib

Azərbaycan I Liqasında “Gəncəbasar” liderliyə yüksəlib

Azərbaycan I Liqasında 7 tur geridə qalıb və turnir cədvəlinin ilk pillələrində sıxlıq müşahidə olunur. “Gəncəbasar” 16 xal və 19 qol ilə liderliyə yüksəlib.

“Şahdağ Qusar” 15 xal və 14 qol ilə ikinci pillədə qərarlaşıb. Komanda mingəçevirlilərin oyuna çıxmaqdan imtina etməsi səbəbindən hələ ki 6 matç keçirib.

MOİK 14, “Karvan” 13, “Səbail” isə 12 xal ilə liderləri izləyir.

Bombardirlər yarışına 8 qol vuran “Gəncəbasar”ın hücumçusu Dileyn Açimi başçılıq edir. İkinci pillədə 4 qol ilə Jose Kristovao Zenqo, üçüncü pillədə isə hərəyə 3 qol vuran bir neçə oyunçu qərarlaşıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6