AFFA İntizam Komitəsi II Liqada cəzaları açıqlayıb

AFFA İntizam Komitəsi II Liqada cəzaları açıqlayıb

AFFA İntizam Komitəsi II Liqanın 10-cu turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.

“Şəmkir”in futbolçusu Fuad Əhmədov hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılıb, klub isə 1000 manat cərimə olunub. Həmin matçda 4 sarı vərəqə alan “Ağstafa Gəncləri” 70 manat cərimə ödəməlidir.

“Difai”nin məşqçisi Əli Hüseynov hakimi təhqir etdiyinə görə 4 tur cəza alıb, klub isə 1000 manat cərimələnib. “Difai” həmçinin 4 sarı vərəqəyə görə 70 manat cərimə ödəyəcək.

“Hypers” klubu təşkilati-texniki öhdəliklərin pozulmasına görə 200 manat, meydançaya kənar şəxsin daxil olmasına görə isə 500 manat cərimə edilib. “Kür-Araz” komandası isə 5 sarı vərəqəyə görə 70 manat cərimələnib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6