Mahir Emreli Polşa çempionatında qələbə qazanıb

Mahir Emreli erməninin komandasını məğlub etdi!

Polşa çempionatının 14-cü turunda Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə “Legiya”nı 4:2 hesabı ilə məğlub edib.

Start heyətində meydana çıxan azərbaycanlı futbolçu 73 dəqiqə meydanda qalıb və komandasının ikinci qolunda məhsuldar ötürmə ilə yadda qalıb. Emreli həmçinin “Rakuv”un heyətində ən yüksək ikinci qiyməti alıb.

Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Legiya”nın heyətində Ermənistan yığmasının üzvü Vahan Bıçaxçyan da çıxış edir. İkinci hissədə meydana daxil olan Bıçaxçyan qol vurmağı bacarıb.

Bu qələbədən sonra “Rakuv” 12 xalla turnir cədvəlində 15-16-cı yerləri bölüşür.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6