Timoteuş Puxaç Lamin Yamalın Bakıya gəlməməsinə reaksiya verib

Arxiv fotosu; Timoteuş Puxaç
Arxiv fotosu

“Sabah”ın futbolçusu Timoteuş Puxaç Lamin Yamalın “Barselona”nın Bakıda keçirəcəyi Çempionlar Liqası matçında iştirak etməyəcəyi xəbərinə maraqlı reaksiya göstərib.

Polşalı oyunçu sosial şəbəkədə qəmgin görüntüsünü əks etdirən video paylaşıb. Videoda onun Polşa mətbuatına verdiyi müsahibə ilə yanaşı, Yamalın Bakıya gəlməyəcəyi barədə məlumat da yer alıb.

Puxaç daha əvvəlki müsahibəsində “Barselona”nın gənc ulduzuna meydanda boşluq verməyəcəyini bildirmişdi.

Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” matçı saat 21:45-də başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6